İlk dəfə İranın şimalına zərbə endirdilər

ilk-defe-iranin-simalina-zerbe-endirdiler
Oxunma sayı: 744

İsrail ordusu İranın şimalında yerləşən hədəflərə qarşı zərbələr endirməyə başladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ordunun yaydığı məlumata görə, əməliyyat çərşənbə günü axşam saatlarında İranın İsrailə qarşı başlatdığı hərbi əməliyyatdan sonra həyata keçirilib.

Bu, əməliyyatın başlanmasından etibarən İranın şimalına yönəlmiş ilk hücum kimi qiymətləndirilir.

Açıqlamada qeyd olunub ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən Dəniz Qüvvələri və hərbi kəşfiyyatın koordinasiyası ilə icra edilib.

Hadisə ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.