Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd Ishaq Dar ilə görüşüb.
XİN-dən “Qafqazinfo”ya bildirilib ki, nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Son xəbərlər
Son Xəbərlər