Qafqaz Universitetinin tələbələri “Petkim”də təcrübə keçəcəklər

qafqaz-universitetinin-telebeleri-petkimde-tecrube-kececekler
Oxunma sayı: 691

Qafqaz Universitetindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə “Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti ikitərəfli və “Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərfli əməkdaşlıq müqavilələrində qeyd olunan maddələrə əsasən həyata keçiriləcək işlər barədə söhbətlər aparılıb.
Həmçinin, “Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteteinin birgə əməkdaşlığı əsasında “Azərikimya" İstehsalat Birliyinin veb səhifəsinin formalaşdırılması və inkişaf etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu, “Kimyaçı” tələbə klubunun formalaşdırılması, “Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərfli əməkdaşlıq müqaviləsi əsasında Qafqaz Universitetində “Kimya Mühəndisliyi” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə təhsil alan bir qrup qabaqcıl tələbənin qış tətili müddətində Petkimə 10 günlük istehsalat təcrübəsinə göndərilməsi müzakirə olunub.

Görüşdən sonra qonaqlar Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

Nigar Məmmədli