“Qafqazinfo” da yardım kampaniyasına qoşuldu

qafqazinfo-da-yardim-kampaniyasina-qosuldu
Oxunma sayı: 2991

Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərlə bağlı başladılan kampaniya Azərbaycanda geniş kütləvilik yaradıb.

Cəmi bir neçə saat ərzində cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar aksiyaya qoşulub. Hər kəsin qardaş ölkə üçün gücünün çatdığını əsirgəmədiyi kampaniyaya "Qafqazinfo" da qatılıb.

Şirkətin kollektivi adından yardımla bağlı açılmış hesaba ianə edilib.

Aksiyaya qoşulmaq istəyən şəxslər Ziraat bankın Azərbaycandakı filiallarından komisyon haqqı tutulmadan fəlakət və fövqəladə halların idarə olunması başqanlığına (AFAD) ianə edə bilərlər.