Qahirədə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Fotolar - Yenilənib

qahirede-ilham-eliyevin-resmi-qarsilanma-merasimi-olub
Oxunma sayı: 2709

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısının şərəfinə toplardan yaylım atəşi açılıb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.