“Qalatasaray”da Muslera şoku

qalatasarayda-muslera-soku
Oxunma sayı: 4812

“Qalatasaray”ın qapıçısı Fernando Musleranın aldığı zədə ciddidir.

“Qafqazinfo” xəbər verir ki “sarı-qırmızılılar”ın noyabrın 3-ü  “Kasımpaşa”ya qarşı evdə keçirdiyi matçda (2:1) zədə alan uruqvaylı qapıçı 6 önəmli oyunda komandasına kömək edə bilməyəcək. 

Türkiyə mətbatının yazdığına görə, o, 1 ay yaşıl meydandan uzaq qalacaq.

Bu səbəbdən 37 yaşlı qolkiper  “Bavariya”, “Mançester Yunayted” (Çempionlar Liqası), “Hatayspor”, “Alanyaspor”, “Pendikspor” və “Adana Demirspor”la görüşləri buraxmalı olacaq.