“Qalatasaray”ın futbolçusu millidən kənarlaşdırıldı

qalatasarayin-futbolcusu-milliden-kenarlasdirildi
Oxunma sayı: 2627

Avro-2024-cü seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı baş ağrıları səbəbindən heyətdən çıxarılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl  Tayyip Talha Sanuç da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, Türkiyə yığması martın 25-də Ermənistanın qonağı olacaq, martın 28-də isə Xorvatiyanı qəbul edəcək.