Qalib MMA döyüşçüləri Əbu-Dabiyə yollanacaq

qalib-mma-doyusculeri-ebu-dabiye-yollanacaq
Oxunma sayı: 1256

Bakıda keçirilən MMA üzrə Azərbaycan kubokuna bu gün yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, 39 klub və komandadan 450-yədək idmançının iştirak etdiyi yarışa ötən gün start verilib.

Qeyd edək ki, qaliblər 20-27 iyul tarixlərində Əbu-Dabidə keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaqlar.