Qamət Süleymanov Şeyx deyən kimi etdi

qamet-suleymanov-seyx-deyen-kimi-etdi
Oxunma sayı: 7511


“Qafqazinfo” xəbər verir ki, o, facebook-dakı rəsmi səhifəsindəki yazdığı müraciətdə Ramazan ayının ilk gününün iyun ayının 29-na düşdüyünü bildirib: “Sabah axşamdan etibarən Ramazan orucu üçün niyyət edilməlidir. Allah bütün ibadətlərimizi qəbul etsin!”

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının 4 gün əvvəl verilmiş fətvasında da Ramazan ayının ilk gününün iyunun 29-da olacağı bildirilib.

Əvvəlki illərdə ölkədəki şiə və sünnilər, həmçinin sələfilər üçün Ramazan əsasən bir gün fərqilə başlayır və bitirdi.