Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video

qapi-arxasinda-qalan-4-yasli-usaq-bele-xilas-edildi
Oxunma sayı: 2400

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə pəncərənin dəmir barmaqlığını kəsərək birmərtəbəli fərdi yaşayış evinə daxil olmuş və nəzarətsiz qalan 2020-ci il təvəllüdlü azyaşlını xilas ediblər.