“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda “Fiorentina”nı qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, İtaliya mətbuatı komandaların təxmini start heyətlərini müəyyənləşdirib:
“Qarabağ”: İbrahim Şehiç, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Rahid Əmirquliyev, Muarem Muarem, Dani Kintana, Dino Ndlovu.
“Fiorentina”: Luka Leççerini, Karlos Salsedo, Qonsalo Rodriqes, Sebastian De Mayo, Maksi Olivera, Sebastiyan Kristoforo, Milan Badel, Borxa Valero, Karlos Sançes, Mauro Sarate, Kuma Babakar.
***
Oyun başladı.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Oyunun 60-cı dəqiqəsində Veçino hesabı açır və komandasını irəli çıxarır. Hesab 0:1.
***
"Qarabağ" hesabı bərabərləşdirir-Reynaldo 73 (1:1)
***
“Fiorentina” oyunda ikinci qolunu vurur - Kyeza, 76 (1:2)
***
Ağdam klubu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub.
Foto: Nuran














Son xəbərlər
Son Xəbərlər