“Qarabağ” – “Braqa” matçına doğru - Kimlər oynamayacaq?

qarabag-braqa-matcina-dogru
Oxunma sayı: 3056

“Qarabağ”la “Braqa” arasında keçiriləcək Avropa Liqası pley-off mərhələsinin cavab görüşündən öncə hər iki komandanın heyətində itkilər var. 

“Qafqazinfo” xəbər verir ki, portuqalların heyətində kapitan Rikardo Horta və cinah müdafiəçisi Adrian Marin zədə səbəbindən heyətdə yoxdur.

Onun yerinə Portuqaliya millisinin sabiq üzvü Bruma çıxış edəcək.

Ağdam təmsilçisinin heyətində isə Kevin Medina zədəli olduğu üçün oynamayacaq. Marko Veşoviç isə bir oyunluq cəzadan sonra heyətə qayıdıb.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.