“Qarabağ” dünyanın 39-cu klubu oldu

qarabag-dunyanin-39-cu-klubu-oldu
Oxunma sayı: 5935

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, 504 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

14 pillə irəliləyən “Qarabağ” (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

“Zirə” (62,25 xal) 8 pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) 9 mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) 6 sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.