“Qarabağ” futbolçularının bu davranışı xoş qarşılanmadı - Video

qarabag-futbolcularinin-bu-davranisi-xos-qarsilanmadi
Oxunma sayı: 7852

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 3-cü turunda  “Qarabağ” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, oyunun start fitindən əvvəl xoşagəlməz anlar yaşanıb.

Belə ki, komandaların heyətləri düzülüşdən əvvəl hakimlərlə görüşüblər. Bu zaman Ağdam klubunun futbolçuları Musa Qurbanlı və Bədavi Hüseynov qarşılaşmanın qadın yan xətt hakiminin əlini sıxmayıblar.

Futbolçuların bu davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Həmin anın videosunu təqdim edirik: