“Qarabağ” ispan futbolçu ilə anlaşdı

qarabag-ispan-futbolcu-ile-anlasdi
Oxunma sayı: 3825

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” artıq ilk transferini reallaşdırmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ispaniyalı Jaime Romero Rodrigezlə anlaşıb. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Məlumatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib.