“Qarabağ” İsveçrəyə nə zaman gedir?

qarabag-isvecreye-ne-zaman-gedir
Oxunma sayı: 1503

“Qarabağ”ın Konfrans Liqasının 6-cı turunun “Bazel”lə oyunu üçün İsveçrəyə yollanacağı tarix məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün çarter reysilə Bakıdan Bazelə uçacaq.

Zədə səbəbindən Premyer Liqanın 13-cü turunun “Sabah”la oyununda iştirak edə bilməyən Kevin Medina da kollektivlə birlikdə İsveçrəyə uçacaq. Onun “Bazel”ə qarşı oynayıb-oynamayacağı oyun günü bəlli olacaq. Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero isə komandadan uzaq qalıb.