“Qarabağ” Nəriman Axundzadə ilə bağlı qərar verdi

qarabag-neriman-axundzade-ile-bagli-qerar-verdi
Oxunma sayı: 13545

“Qarabağ” futbolçusu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, N.Axundzadə “Xəzər Lənkəran”ın yetirməsidir. Nəriman 2022-ci ildən “Qarabağ”ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.