Səhv düşəndə qapılar ... - Canlı-Yenilənir

sehv-dusende-qapilar-
Oxunma sayı: 2798

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 1-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq. Mərkəzi arenada keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”yə (1:0), “Sabah” “Kəpəz”ə (2:0), “Zirə” “Şəfa”ya (2:0) qalib gəlib. “Araz-Naxçıvan” – “İmişli” matçı qolsuz bitibsə, “Sumqayıt” “Neftçi”yə (1:3) məğlub olub.

Misli Premyer Liqası
1-ci tur
17 avqust

“Qarabağ” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

***

Komandaların start heyətləri bəlli olub:

“Qarabağ”: 99. Mateus Koxalski 22. Musa Qurbanlı 20. Kadi Borqes (k) 2. Mateus Silva 5. Bruno Lanqa 9. Joni Montiel 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 7. Jali Muaddib 88. Samuel Lobato 4. Bense Varkonyi

Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ

***

Matç başladı.

***

Renaldo Sefas 28-ci dəqiqədə hesabı açır.

***

43-cü dəqiqədə Edqar Adilxanov hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

59-cu dəqiqədə Rikardo Apolinario avtoqola imza atır.