“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” yayımlayacaq

qarabag-qalatasaray-oyununu-haber-global-yayimlayacaq
Oxunma sayı: 3076

“Qarabağ” və “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununun yayımlayacaq kanallar bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, matç Türkiyədə “Haber Global” vasitəsilə nümayiş etdiriləcək. 

Azərbaycanda isə matçın yayımçısı “CBC Sport” kanalı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı martın 26-da saat 20:00-da başlayacaq.