“Qarabağ” “Sumqayıt”ın 6-nı üstünə “çevirdi” - Video

qarabag-sumqayitin-6-ni-ustune-cevirdi
Oxunma sayı: 3321

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.  “Sumqayıt” “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 6 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşündə 2-ci pillədə olan “Sabah” 4-cü yerdəki “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, tura 16-17 mart tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

18:00. “Sumqayıt” – “Qarabağ” - 0:6

Qollar: Leandro Andrade, 7 (0:1), Musa Qurbanlı, 12 (0:2), Abdullah Zubir, 21 (0:3), Musa Qurbanlı, 45+3 (0:4), Leandro Andrade, 49 (0:5), Reydon Cica, 87 (0:6)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”