Bu da seperatçıların təhvil verdiyi silahlar - Video

bu-da-seperatcilarin-tehvil-verdiyi-silahlar
Oxunma sayı: 10552

Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrdən 800-dən çox silah götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin teleqram kanalı məlumat yayıb.

Belə ki, Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı erməni silahlı birləşmələri silah və sursatlarını təhvil verirlər.

Qeyd olunub ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.