“Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” - Hikmət Hacıyev

qarabagdan-getmek-ermenilerin-sexsi-secimidir
Oxunma sayı: 1788

“Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Deutsche Welle”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdan getmək erməni sakinlərin şəxsi və individual qərarıdır: “Azərbaycan öz şəxsi və azad seçimləri əsasında Ermənistana getməyə qərar verən Qarabağın dinc erməni sakinləri üçün təhlükəsiz dəhlizlər təmin edib. Bu, onların azad seçimidir”.