“Qarabağ”ın futbolçuları “Napoli” ilə oyunda mübahisə etdilər - Video

qarabagin-futbolculari-napoli-ile-oyunda-mubahise-etdiler
Oxunma sayı: 5519

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” görüşündə gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, italyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun futbolçuları Marko Yankoviç və Mateuş Silva arasında mübahisə düşüb. Komanda yoldaşları futbolçuları sakitləşdiriblər.

Onların niyə mübahisə etdiyi bəlli deyil.

Klub tərəfindən də bununla bağlı heç bir açıqlama verilməyib.