“Qarabağ”ın qapıçısı Rusiya yığmasının heyətində - Foto

qarabagin-qapicisi-rusiya-yigmasinin-heyetinde
Oxunma sayı: 3326

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoxlama matçı üçün yekun heyətdə yer alıb. 

“Qafqazinfo” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı qapıçı 28 futbolçudan ibarət siyahıya daxil edilib.

Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvayla qarşılaşacaq. Hər iki görüş Moskvada baş tutacaq.

Lunyov martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu arasında yer almışdı.