“Qarabağ”ın sabiq futbolçusu keçmiş arvadını məhkəməyə verdi

qarabagin-sabiq-futbolcusu-kecmis-arvadini-mehkemeye-verdi
Oxunma sayı: 1835

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak keçmiş həyat yoldaşını məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, o, Evelina Taraskieviçdən 2200 manat və üzr istəməsini tələb edir.

Jezniçak buna səbəb kimi Evelinanın onun şəxsi hüquqlarını pozduğunu göstərib.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.