“Qarabağsız böyüyən gənclər indi şəhid olur”

“Qarabağsız böyüyən gənclər indi şəhid olur”
Oxunma sayı: 7662

“Savaş davam edir, Tərtər şəhərində mülki şəxslərə atəş açılır. Şəhidlik zirvəsinə ucalan əsgərlərimizi yad edirəm. Qazilərimizə şəfalar diləyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Azərin Türkiyənin TGRT Haber proqramında qonaq olarkən bildirib. Ankarada yaşayan məşhur müğənni verilişə görüntülü bağlanaraq, türk dünyasından Azərbaycana dəstək olmasını xahiş edib.

Sənətçi kəndlərin işğaldan azad edildiyini eşidən zaman ağladığını bildirib: “Mənə instaqramda saysız-hesabsız mesajlar yazılır. Türkiyədə yaşayan insanlar döyüşə getmək istədiklərini bildirdilər. Mən də onlara cavab vermək istəyirdim, həmin an televiziyaya baxan zaman 6 kəndin azad olunduğunu eşitdim. Sevinc göz yaşları axıtdım. Çətin izah edilən bir duyğudur. İçimdə 30 ildir yığılan hisslər idi. Sevinc, kədər bir-birinə qarışdı. 

30 ildir Azərbaycanın başına nələr gəldi. Amma indi yanımızda təkcə Türkiyə oldu. Bütün dünya Azərbaycana barış çağırışı edir. Nəyin barışığı? Biz 30 ildir gözləyirik. Səbir etmişik, bu illər ərzində torpaqlarımızda ermənilər kef ediblər. Bizdən kimsə barışıq gözləməsin. İndi BMT kimi təşkilatlar müzakirə aparılmağını tövsiyə edir. Nəyi müzakirə edək? Əminəm ki, zəfər bizim olacaq.

Bu gün savaşan, canını fəda edən mərd oğullarımız haqlarını bizə halal etsin. Onlar bizə belə sevinc yaşadırlar. İllər əvvəl Türkiyə Azərbaycanın yanında olduğu kimi indi də elədir.

Mən nədənsə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, bir sözlə, türk dünyasının səsini eşidə bilmədim. Bir insan olaraq onların reaksiyalarını gözləyirəm. Kimdən qorxurlar? Niyə haqq savaşında bizə dəstək olmurlar? Qarabağ alınmalıdır! Bir Azərbaycan türkü olaraq “Çırpınırdı Qara dəniz” mahnımı orada ifa edim. 30 il nə deməkdir? Qarabağsız gənclər yetişib. O gənclər indi həmin ərazilərdə şəhid olur.

İki yaşında uşağı, Zəhranı onlar öldürdülər. İndi də iki məktəblini şəhid etdilər. Biz niyə güzəşt etməliyik?”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi