Qaradağda 26 yaşlı şəxs qətlə yetirildi - Saxlanılan var - Yenilənib

qaradagda-26-yasli-sexs-qetle-yetirildi
Oxunma sayı: 3205

Bu gün Qaradağ rayonu ərazisində ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 02 radələrində 1998-ci il təvəllüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. B.-ni polis əməkdaşları saxlayıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma gedir.

***

Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü M. B.-nin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, M. B. iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.