Sentyabrın 18-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, Aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
S. Mikayılov qeyd edib ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gündür.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıılmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində ordumuz Azərbaycan Respublikasının suverenliyini tam bərpa edib. Bununla da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxmışlar. 20 sentyabr Azərbaycan tarixinə Dövlət Suverenliyi Günü kimi daxil olub.
Çıxışıçılar qeyd ediblər ki, Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.
Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Qaradağ RİH başçısı tədbiri yekunlaşdıraraq Dövlət Suverenliyi Günü münasibətilə hər kəsi təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər