Qaradağda ikimərtəbəli evdə yanğın - Xəsarət alan var

qaradagda-ikimertebeli-evde-yangin
Oxunma sayı: 1529

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, bitişik, sahəsi 400 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 40 m² sahədə və 2 ədəd plastik qapı əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.