Qaradağda şəhid Türkayın anım mərasimi keçirildi - Fotolar

qaradagda-sehid-turkayin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1754

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayonun Polis İdarəsinin rəisi Ədalət Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə Şəhid olmuş kapitan Hüseynli Türkay Nizami oğlunun İkinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra “Vətən uğrunda” medalı, döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət edib, onları narahat edən problemləri dinləyib.