Qaradağda ümumrayon tədbiri keçirildi - Fotolar

qaradagda-umumrayon-tedbiri-kecirildi
Oxunma sayı: 1205

Dekabrın 6-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin anım günü ilə əlaqədar “Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Millət vəkilləri Siyavuş Novruzov, Anar İsgəndərov, Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyəti iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib.

İcra başçısı bildirib ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.