Qaradağda zəncirvari qəza - Video

qaradagda-zencirvari-qeza
Oxunma sayı: 2311

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, “Jeep” və iki “Toyota” markalı minik avtomobilinin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib.

Nəticədə “Toyota”nın sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü sürücü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.