“Qarşıda bizi daha çətin 15 gün gözləyir” - Sinan Oğan

qarsida-bizi-daha-cetin-15-gun-gozleyir
Oxunma sayı: 6854

“Seçkilərin ikinci tura keçəcəyini əvvəldən gözləyirdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə prezident seçkilərinə namizəd, Ata partiyasının sədri Sinan Oğan jurnalistlərə açıqlaması zamanı deyib:

“Seçkilərin ikinci tura keçəcəyini əvvəldən gözləyirdik. YSK sədri deyir ki, qutuların 50 faizi sistemə daxil edilib. AA və ANKA-ya baxdıqda çox fərqli nəticələr görürük. İkinci turun müəyyənediciləri türk millətçiləri olacaq. Qarşıda bizi daha çətin 15 gün gözləyir. Bu prosesdə əlimizdən gələni edəcəyik ki, ölkəmiz üçün yaxşı nəticə olsun”.