Qaxın icra başçısı da kollektivə təqdim olundu - Foto

qaxin-icra-bascisi-da-kollektive-teqdim-olundu
Oxunma sayı: 4076

Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyəti məlumat yayıb. 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.