Qayçı ilə sinəsinə ağır xəsarət yetirdi - Yenilənib

qayci-ile-sinesine-agir-xesaret-yetirdi
Oxunma sayı: 2468

Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 02 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.

Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətimdən bildirilib ki, avqustun 6-da gecə saat 2 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 2000-ci il təvəllüdlü Kamal İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinə görə məhkum olunmuş 2005-ci il təvəllüdlü Valeh Kazımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.