Qayıdışını qolla qeyd etdi

qayidisini-qolla-qeyd-etdi
Oxunma sayı: 664

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində bu gün keçirilən “Əl-Fateh”lə matçın start heyətində yer alıb.

Ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. Bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.

Qeyd edək ki, oyun “Əl-Nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, 39 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmamışdı. Ronaldo bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.