Qazaxda göldə batan kişinin meyiti tapıldı - Yenilənib

qazaxda-golde-batan-kisinin-meyiti-tapildi
Oxunma sayı: 2262

Qazax rayonunun Bala Çaylı kəndi ərazisində yerləşən göldə bir nəfər batıb.

"Qafqazinfo" xəbər verir ki, göldə boğulan rayonun Kosalar kənd sakini, 1987-ci il təvəllüdlü Anar Bayramovdur.

Hazırda xilasedicilər göldə axtarışları davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd 

***

FHN-in yaydığı məlumata görə, Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb. A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.