Qazaxda ikimərtəbəli ev yanıb

qazaxda-ikimertebeli-ev-yanib
Oxunma sayı: 803

Qazaxın Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.