Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.
Belə ki "Qazel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetməni itirib və yol kənarındakı arxa düşüb.
Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.
Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər