Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin eks-sədri həbs olundu

qazaxistan-milli-tehlukesizlik-komitesinin-eks-sedri-hebs-olundu
Oxunma sayı: 1300

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov və onun müavini Anuar Sadıkulov həbs edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onların hər ikisi dövlətə xəyanətdə və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş fəaliyyətlərdə şübhəli bilinirlər.

Xatırladaq ki, Milli Təhlükəsizlik Komitəsi yanvarın 8-i Kərim Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək saxlanıldığını açıqlamışdı. Komitə yanvarın 13-ü bəyan edib ki, işlə bağlı, həmçinin hakimiyyəti zorla ələ keçirməyə yönələn fəaliyyətlər barədə faktlar əsasında araşdırma başladılıb. Məsimov ilə yanaşı onun keçmiş müavinləri - Anuar Sadıkulov və Daulet Erqojin də saxlanılıblar. K. Məsimov yanvarın 5-i Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib.