Qazaxıstanda 13 iyul matəm günü elan edildi

qazaxistanda-13-iyul-matem-gunu-elan-edildi
Oxunma sayı: 8128

Qazaxıstanda son sutka ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində 1962 nəfərdə Covid-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 53 min 21 nəfərə çatıb. Ümumilikdə isə 264 nəfər dünyasını dəyişib.

Qazaxıstanın Səhiyyə Nazirliyi ölkədə 3 mindən çox tibb işçisinin çatışmadığını bəyan edib.

Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayev koronavirus infeksiyasından ölənlərin xatirəsinə iyulun 13-nün ölkədə matəm elan edilməsi haqda sərəncam verib.