Qazaxıstanda mədən çökdü - Ölənlər var + Yenilənib

qazaxistanda-meden-cokdu
Oxunma sayı: 1752

Qazaxıstanın Ulıtau vilayətində “Jomart” mədənində çökmə baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb.

“Fevralın 17-də “Kazakhmys Corporation” MMC-nin “Jomart” mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - məlumatda deyilir.

Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.

***

Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.