Qazaxıstanda polkovnik ölü tapıldı

qazaxistanda-polkovnik-olu-tapildi
Oxunma sayı: 3299

Qazaxıstanda daha bir yüksək vəzifəli şəxs ölü tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev Nur-Sultan şəhərində öz evinin həyətində ölü olaraq aşkar olunub.

“KazTaq” agentliyinin məlumatına görə, polkovnikin üzərində hündürlükdən yıxılma zamanı yaranan travmalar görülüb. 43 yaşlı polkovnikin mənzilində isə mətbəxin pəncərəsi açıq olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.