Dəm qazından boğulan şəxs DSX-nin hərbçisi imiş - Yenilənib

dem-qazindan-bogulan-sexs-dsx-nin-herbcisi-imis
Oxunma sayı: 5615

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Saytın məlumatına görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

***

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bildirilib ki, nazirliyin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

“Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, - deyə məlumatda bildirilir. 

***

Sumqayıtda dəm qazından boğularaq ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.

APA xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü DSX hərbçisi Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.