“Qazel” qəzasında biri azyaşlı olmaqla 3 nəfər öldü - Video

qazel-qezasinda-biri-azyasli-olmaqla-3-nefer-oldu
Oxunma sayı: 5797

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmirli-Stansiya avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Qazel” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2107” avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb. 10-a yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

***

Ölən şəxslərin kimliyi məlum olub. Belə ki, “07”nin sürücüsü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, onun anası 1945-ci il təvəllüdlü Sücayət Gülməmmədova və sürücünün qardaşı oğlu 3 yaşlı Ayxan Gülməmmədov qəza nəticəsində vəfat ediblər. 

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza zamanı 3 nəfər dünyasını dəyişib, 7 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir.

Elmar Əli