“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda 2-ci mərhələnin cavab matçında Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Qırmızı-qaralar” Qəbələdə keçirilən ilk matçda 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, “Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.