“Qəbələ”nin futbolçusu komanda yoldaşını vurduğu üçün cəzalandı

qebelenin-futbolcusu-komanda-yoldasini-vurdugu-ucun-cezalandi
Oxunma sayı: 1666

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən “Qəbələ”nin futbolçu Okan Təhməzliyə sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, adıçəkilən oyunçu hansısa qayda pozuntusuna görə deyil, komanda yoldaşını vurduğu üçün cəzalandırılıb.

O, “Zirə” ilə matç başa çatdıqdan sonra bu addıma əl atıb. Buna görə də, Təhməzli “Qəbələ”nin növbəti 4 oyununu buraxmalı olacaq.