“Qələbə üçün darıxmışıq”

qelebe-ucun-darixmisiq
Oxunma sayı: 1397

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Bədavi Hüseynov sabah Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın futbolçusu açıqlamasında bildirib:

“Türkiyə ilə oyunda buraxdığımız səhvləri analiz etmişik. Bir neçə hücum təşkil edib qol imkanları yaratmağı bacardıq. Düşünürəm ki, bu cür oyunumuzu davam etdirməliyik. Qələbə üçün darıxmışıq. Komanda olaraq əhval-ruhiyyəmiz yaxşıdır. Yaxşı futbol oynayaraq nəticə qazanmağa çalışacağıq. Türkiyə ilə oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Etiraf etmək lazımdır ki, standart vəziyyətlər üzərində çalışırıq. Onlarda çempionat davam etsə də, düşünmürəm ki, bu, rəqib üçün üstünlük olsun. Çünki bizdə də mövsüm yeni başa çatıb, Türkiyə ilə hazırlıq oyunu oynamışıq. Belarus millisi ilə oyun bərabər səviyyəli komandaların mübarizəsi olacaq”.

Qeyd edək ki, iyunun 2-də Minskdəki “Dinamo” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.