“Qərb ölkələri Ukraynanın əks-hücuma hazır olmadığından narahatdır”

qerb-olkeleri-ukraynanin-eks-hucuma-hazir-olmadigindan-narahatdir
Oxunma sayı: 1305

Ukraynaya yardım göndərən Qərb ölkələri Kiyevin əks-hücum həyata keçirməyə hazır olmadığından narahatdırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” qəzeti yayıb. 

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyəti Qərbi narahat edir. 

Qəzet yazır ki, Ukrayna ordusuna keyfiyyətli şəkildə hazırlaşmaq üçün vaxt kifayət etmir: “Eyni zamanda Ukrayna tərəfi əks-hücum üçün zəruri olan kifayət qədər silah-sursata sahib deyil. Ukraynaya milyardlarla dollar yardım edən ABŞ və Avropa ölkələri ondan əks-hücuma keçməyi gözləyir. Lakin cəbhə xəttindəki durğun vəziyyət bəzi yüksək vəzifəli məmurlar arasında əks-hücumun uğuruna şübhələr yaradır”. 

Qeyd edək ki, aprelin 25-i Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma hazırlaşdığı barədə məlumat yayılıb.