“Qərb Rusiyanı parçalamaq və talamaq istəyir”

qerb-rusiyani-parcalamaq-ve-talamaq-isteyir
Oxunma sayı: 2279

“Qərb Rusiyanı parçalamaq və talamaq istəyir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Rus Xalq Şurasında çıxışı zamanı bildirib.

“Biz hansı təhlükə ilə üzləşdiyimizi bilirik. Bu gün rusafobiya və digər irqçilik və neonasizmin formaları demək olar ki, Qərbin hakim elitalarının rəsmi ideologiyasına çevrilib. Bu, təkcə ruslara deyil, Rusiyanın bütün xalqlarına yönəlib. Mədəniyyətlər, adət-ənənələr, dillər və etnik qruplar arasında müxtəlifliyimiz və birliyimiz sadəcə olaraq qərbli irqçilərin və müstəmləkəçilərin zehinlərinə və onların tam parçalanma, zülm və istismara dair qəddar planlarına uyğun gəlmir”, - deyə Putin qeyd edib.